Enrike istefaya göndərilməsindən yazdı

Enrike istefaya göndərilməsindən yazdı
XƏBƏR 9 Dekabr 2022 / 00:58 3408
-  A +

Luis Enrike ötən gün İspaniya yığmasının baş məşqçi vəzifəsindən istefaya gödərilməsi barədə fikirlərini bölüşüb.

Qol.az xəbər verir ki, mütəxəssis bu haqda öz Tvitter hesabında yazıb. O, bildirib:

“4 il tez keçdi. Məni 2 dəfə yığmaya məşqçi təyin edənlərə ancaq təşəkkür edə bilərəm. Federasiyanın bütün əməkdaşlarına, özünü nümunəvi aparan və ideyasına sadiq qalan bütün futbolçulara minnətdaram. Sizin üçün daha çox şey edə bilmədiyimə görə üzr istəyirəm. Oyunçuların və məşqçilərin xeyrinə yorulmadan çalışan bütün heyətə təşəkkür edirəm. Həm də hər zaman, xüsusən də ən çətin anlarda bizə dəstək olan azarkeşlərə minnətdaram. Artıq vidalaşmağın vaxtıdır. ndi milli komandanın hər mənada dəstəyə ehtiyacı var - bütün məqsədlərə çatmaq üçün Luis de la Fuente lazımdır.

İrəli, İspaniya!"

Qeyd edk ki, Luis Enrikeni bu vəzifədə Luis de la Fuente təyin olunub.

Xatırladaq ki, Enrike 2019-cu ildən İspaniya millisini çalışdırırdı. Onun rəhbərliyi altında komanda DÇ-2022-də 1/8 finalda Mərakeşə (əsas və əlavə vaxt - 0:0) penaltilər seriyasında 0:3 hesabı ilə uduzub. Həmçinin Enrike bunadək 2018-2019-cu illərdə də yığmanı çalışdırıb. Komanda onun baş məşqçiliyi altında Avro-2020-də yarımfinala yüksəlib.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner