Ançelotti: "İbrahimoviç və Ronaldonun dövrü başa çatır"

Ançelotti: "İbrahimoviç və Ronaldonun dövrü başa çatır"
XƏBƏR 9 Dekabr 2022 / 00:18 3482
-  A +

"Real"ın baş məşqçisi Karlo Ançelotti hazırda karyerasını davam etdirən yaşlı və gənc hücumçulardan danışıb.

Qol.az AS-a istinadən xəbər verir ki, mütəxəssis bir çox məşhur forvardın artıq karyeralarını bitirməli olduqlarını düşünür:

“Rişarlison müasir hücumçudur. Topla çox dəqiq davranmasa da, onun yaşının yaxşı vaxtlarıdır. Rişarlison çox koordinasiyalıdır. İndi o, ən yaxşılardan biridir. Keçid dönəmindəyik: Zlatan İbrahimoviç, Kriştiano Ronaldo, Luis Suares, Edinson Kavaninin vaxtı sona çatır... Lionel Messi və Kərim Benzemanın 35 yaşı var, Levandovskinin isə gələn il 35 yaşı olacaq. Onları Kilian Mbappe, Rişarlison, Erlinq Haaland, Xulian Alvares və Mateus Nunes əvəzləyir”.

Qeyd edək ki, Zalatanın 41, Ronaldonun 37, Kavani və Suaresin isə 35 yaşı var.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner