Federasiyadan Ronaldo açıqlaması

Federasiyadan Ronaldo açıqlaması
XƏBƏR 8 Dekabr 2022 / 16:59 4530
-  A +

Portuqaliya Futbol Federasiyası millinin kapitanı Kriştianu Ronaldonun yığmanın düşərgəsini tərk etmək istəməsi ilə bağlı yayılan məlumatları təkzib edib.

Qol.az xəbər verir ki, federasiya rəsmi saytı vasitəsi ilə məsələ barədə açıqlama yayıb. Açıqlamada bildirilib:

“Cümə axşamı yayılan xəbərdə bildirilir ki, Kriştiano Ronaldo baş məşqçi Fernando Santuşla danışarkən onu milli komandanı tərk etməklə hədələyib. Portuqaliya Futbol Federasiyası qeyd edir ki, milli komandanın kapitanı Kriştiano Ronaldo Qətərdə keçirilən turnir zamanı heç vaxt millini tərk etməklə hədələməyib.

Kriştiano Ronaldo hər gün milli komandadakı uğurlarının siyahısını genişləndirir. Buna hörmət etmək lazımdır. Çünki bu, milli komandaya şəksiz sədaqətdən xəbər verir. Onun fədakarlığı lazım olanda - 2022-ci il dünya çempionatının 1/8 finalında İsveçrəyə qarşı qələbə zamanı özünü göstərdi. Bütün milli komanda - oyunçular, məşqçilər, federasiya nümayəndələri, əvvəlki kimi, ilk gündən bu turnirdə Portuqaliya üçün ən yaxşısı etmək əzmindədir".

Qeyd edək ki, daha əvvəl Portuqaliyanın "Record" qəzeti DÇ-2022 1/8 finalında İsveçrə ilə oyunda (6:1) start heyətində meydana çıxmayan Ronaldonun millini tərk etməklə hədələdiyini yazıb .

Qətərdə keçirilən turnirin 1/4 finalında portuqaliyalılar Mərakeş millisi ilə qarşılaşacaq. Görüş dekabrın 10-da baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner