"Messi və Ronaldonun La Liqaya qayıtmasını istəyirəm"

"Messi və Ronaldonun La Liqaya qayıtmasını istəyirəm"
XƏBƏR 8 Dekabr 2022 / 15:19 2471
-  A +

La Liqanın prezidenti Xavyer Tebas "Baselona"nın keçmiş futbolçusu Lionel Messi və "Real"ın sabiq oyunçusu Kriştiano Ronaldonun İspaniya çempionatına qayıtmasını istəyir.

Qol.az AS-a istinadən xəbər verir ki, o, bu barədə öz açıqlamasında bildirib. Tebas deyib:

"Mən Messinin La Liqada oynamasını istəyərdim. Ronaldonun İspaniyada futbolla vidalaşmasının tərəfdarıyam. Messinin qayıtması “Barselona”nın oyunçularını satıb-sata bilməyəcəyindən, həm də klubun digər gəlirlərdən asılı olacaq”.

Xatırladaq ki, Ronaldo "Real"dan 2018-ci ilin yayında, Messi isə “Barselona”dan 2021-ci ilin yayında ayrılıb. Messi hazırda PSJ-də çıxış etsə də, Ronaldo ötən ay "Mançester Yunayted"dən ayrılıb və azad agentdir.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner