Ronaldodan dünya rekordu

Ronaldodan dünya rekordu
XƏBƏR 8 Dekabr 2022 / 11:29 5236
-  A +

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo dünya rekorduna imza atıb.

Qol.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) məlumat yayıb.

37 yaşlı hücumçu buna yığma ilə DÇ-2022-nin 1/8 finalında İsveçrə ilə matçda (6:1) meydana çıxmaqla nail olub. Nəticədə Ronaldo 400-cü beynəlxalq oyununu keçirib. Bu isə dünya rekordudur. İndiyədək heç kim 400 beynəlxalq oyun həddinə çatmayıb.

Ronaldo bu 400 matçın 195-ni millidə, 205-ni isə klubların heyətində avrokuboklarda keçirib. Forvard Çempionlar Liqasında 187, Avropa Liqasında 8, klublararası dünya çempionatının 8, UEFA Superkubokunda isə 2 görüşdə meydanda olub.

Qeyd edək ki, Ronaldo 2003-cü ildən Portuqaliya millisinin üzvüdür. Onun son klubu isə "Mançester Yunayted" olub. Forvard ötən ay İngiltərə təmsilçisindən ayrılıb və hazırda azad agentdir.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner