DÇ-2022-nin qrup mərhələsinin 3-cü turunda Kosta Rika ilə keçirilən matç Almaniya millisinin üzvü Tomas Müller üçün yığmadakı son oyun ola bilər.
Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə 33 yaşlı hücumçu oyundan (4:2) sonra açıqlamasında bildirib.
Almaniya millisi Kosta Rikaya qalib gəlməsinə baxmayaraq, qrupda qalıb. Müller isə açıqlamasında məyus olduğunu bildirib və bu görüşün onun üçün sonuncu ola biləcəyinə işarə edib:
“Əgər bu mənim son matçım idisə, alman azarkeşlərə bir şey demək istəyirəm: bu, böyük zövq idi, gözəl anlar yaşadım və hər matçda ürəyimi meydanda qoydum. Mən həmişə əlimdən gələnin ən yaxşısını etməyə çalışmışam. Həmişə yaxşı nəticəyə müvəffəq olmasam da, bunu sevgi ilə etmişəm".
Qeyd edək ki, Müller millidə 2010-cu ildən Argentina ilə yoldaşlıq oyununda debüt edib. Müller DÇ-2010-da Almaniya millisinin heyətində oynayıb və turnirin bombardiri olub (5 qol). Həmçinin Müller Almaniya millisinin tərkibində 2014-cü ildə dünya çempionu adını qazanıb.
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Mançester Siti" apellyasiya şikayəti verəcək
2-ci liqada 10 oyunun vaxtı açıqlandı
"Kəpəz" Azərbaycanın U-19 millisi ilə heç-heçə etdi
Məşhur hücumçu karyerasını başa vurdu
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
Jesus Ronaldo haqda: "Qaydalar hamı üçün eynidir"
Bugünkü oyunlar bu kanallarda
Elvin Bədəlov: “Mahir də qol vura bilmirsə, deməli…”
Ronaldo getdikdən sonra komandada birlik yarandı?
“Özümüz də başa düşmürük ki, niyə qol vura bilmirik” - Video