Pioli bu mükafata layiq görüldü

Pioli bu mükafata layiq görüldü
XƏBƏR 1 Dekabr 2022 / 18:38 993
-  A +

"Milan"ın çalışdırıcısı Stefano Pioli Luici Simoni adına mükafata layiq görülüb.

Qol.az xəbər verir ki, bu barədə "Football İtalia məlumat yayıb.

Mükafat  İtaliyada ədalətli oyun və futbolun müsbət dəyərlərini təmsil etməyə görə verilir. Bu mükafat 2020-ci ilin mayında dünyasını dəyişən “İnter”, “Napoli” və “Torino” komandalarının keçmiş baş məşqçisi Luici Simoninin adını daşıyır. Onun ilk sahibi Kladio Ranieri olub.

Budəfəki səs vermədə isə "Milan"ın baş məşqçisi Stefano Pioli qalib gəlib.

Qeyd edək ki, Pioli 2021/22 mövsümündə "Milan" ilə A seriyasını qazanıb. Bu, 57 yaşlı mütəxəssisin məşqçilik karyerasında ilk kubok olub. 


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner