Bir neçə gün əvvəl Argentina millisinin kapitanı Lionel Messini hədələyən meksikalı peşəkar boksçu Saul Alvares ondan üzr istəyib.
Qol.az xəbər verir ki, bununla bağlı şəxsi Tvitter hesabında yazan mütləq dünya çempionu yersiz ifadələr işlətdiyini etiraf edib:
"Buna görə də Messi və Argentina xalqından üzr istəyirəm. Hər gün yeni bir şey öyrənirik, bu dəfə növbə məndə idi".
DÇ-2022-də Meksika ilə matçdan (2:0) sonra Messi rəqib futbolçulardan biri ilə formasını dəyişib. Bundan sonra internetdə paltardəyişmə otağından Messinin Meksika millisinin formasını yerə atması əks olunan video yayılıb. Bu vəziyyət Alvaresi qəzəbləndirib. O, Messinin Meksika millisinin forması və ölkə bayrağı ilə döşəməni sildiyini söyləyib və Messini təhdid edib. Bildirib ki, Messi onunla qarşılaşmamaq üçün Tanrıya dua etsin.
Bundan sonra Messinin keçmiş komanda yoldaşları Sesk Favreqas, Serxio Aquero və bir neçə digər futbolçu, eləcə də əfsanəvi boksçu Mayk Tayson onu müdafiə edib. Hətta Tayson sosial şəbəkədə yazıb ki, Alvarez Messiyə toxunmağa cəhd etsə, onu rinqə dəvət edəcək.
"Fənərbaxça"dan qələbə
Lemina daha 2 il "Qaralatasaray"da
"Razıyam, bəxtimiz gətirdi" - "KuPS"un baş məşqçisi
“Sabah” "KuPS"a qalib gəldi
SSKA "Qarabağ"la Bakıdakı oyunda azarkeşsiz qalacaq
Erməni güləşçilər Bakıya gələcək
"Neftçi"nin səviyyəsi yüksəkdir" - "Dinamo"nun baş məşqçisi
Tanınmış hakim karyerasını bitirdi
"Sabah" - "KuPS": Heyətlər
Azərbaycan millisinin oyunlarının təqvimi açıqlandı
"Bavariya" onunla müqaviləni uzatdı
"Yuventus"un yeni formaları - Şəkillər
"Zirə" "Göztepe"nin sabiq futbolçusunu aldı
AFFA-nın stadionunun yeni ot örtüyü - Şəkillər
Emin Mahmudov: "90 illiyimizə görə böyük motivasiyamız var"
"İmişli"də latviyalı mütəxəssis
"Şəfa" yeni transferini açıqladı
Zidan Fransa millisinin baş məşqçisi təyin olundu
"İmişli" 5 qolla qalib gəldi
“Sabahın Ulduzları”: Sabahdan daha uzağa uzanan yol
"Qəbələ"də nigeriyalı futbolçu
"Azərbaycan futbolunun inkişafı yalnız AFFA-nın işi deyil" - AFFA-nın texniki direktoru
“Qarabağ”ın iştirak ərizəsi - Heyətdə dəyişiklik var