FİFA-nın DÇ-2026 üçün yeni planı

FİFA-nın DÇ-2026 üçün yeni planı
XƏBƏR 30 Noyabr 2022 / 20:18 3776
-  A +

FİFA DÇ-2026-nın qrup mərhələsində oyunsonrası penaltilər seriyasını tətbiq etməyi düşünür.

Qol.az xəbər verir ki, bu barədə "The Atletic" məlumat yayıb. Görüşlərin əsas vaxtında heç-heçə qeydə alınarsa, penaltilər seriyası keçiriləcək. Nəticələrinə görə, qalib komanda bonus xalı qazanacaq.

Qeyd edək ki, DÇ-2026 iyunun 8-dən iyulun 3-dək Kanada, ABŞ və Meksikada keçiriləcək. İlk dəfə mundialda 32 yox, 48 komanda mübarizə aparacaq. Turnirin final mərhələsində hər biri 3 komandadan ibarət 16 qrup yarışacaq.

Kanada, Meksika və ABŞ mundiala ev sahibliyi edən ölkələr kimi avtomatik olaraq turirin final mərhələsinə adlayıb.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner