Polşanın 3-cü liqasında çıxış edən "Veçista" klubunun baş məşqçisi Dariuş Marzek və onun köməkçisi Yanusz Svierad "Qarabağ"da təcrübə keçmək üçün Bakıya gəliblər.
Qol.az "Sportowy24"a istinadən xəbər verir ki, onlar Misli Premyer Liqasında dünən "Zirə"yə qarşı keçirilən matçı (0:0) stadiondan izləyiblər. Polşalı mütəxəssisləri Ağdam təmsilçisinin nəticələri və Qurban Qurbanovun komandanı uzun müddətdir çalışdırması cəlb edib.
Marzec 2019/2020 mövsümündə "Stal"da işlədiyi dönəmdə belə təşəbbüsünün olduğunu söyləyib: "Biz bu klubla əlaqəsi olan Avropa Parlamentinin deputatı Tomaş Poreba ilə belə bir təcrübə keçmək şansının mümkün olması barədə danışdıq. Daim əlaqə saxladığımız üçün bu yaxınlarda yenidən mövzuya qayıtdıq. Bizim praktik olaraq hər şeyə çıxışımız var. Buradakı heyət çox yüksək peşəkarlıq səviyyəsində fəaliyyət göstərir. Maraqlıdır ki, komandanın məşq etdiyi baza heç də böyük deyil. Stadion, məşq meydançası, hər şəraiti olan otel onların ehtiyaclarını tam ödəyir. Onlarda iş üçün lazım olan hər şey mövcuddur. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun köməkçiləri Avropanın bir çox tanınmış klublarında təcrübə keçir, müasir futbolun nə olduğunu bilirlər. Bu səfər bizim üçün fərqli təcrübədir. Çünki başqa ölkədə, fərqli şəraitdə işləməyin necə olduğunu görmək həmişə xoşdur".
Qattuzo qovulacaq
Ronaldonun klubunda ciddi itkilər var
"Real" 18 yaşlı futbolçunu hədəf aldı
Süni intellektlə idarə olunacaq klub yaradılır
Ançelotti 3 futbolçu arasında qaldı
Keyn sıradan çıxdı
İntizamsızlığı ona baha başa gəldi
Millinin qapıları Danillonun üzünə bağlandı
Yapon azarkeşlər “Uembli”ni də təmizlədi - Video
Yamal dilə gəldi: "Bu, cahillikdir"
"Tottenhem"in baş məşqçisinin ilk transfer hədəfi bəlli oldu
"Çelsi"dən antirekord
Mövsüm ərzində 4-cü dəfə zədələndi
Azərbaycanı 43 boksçu təmsil edəcək
1-ci liqada həftənin hakimləri məlum oldu
Azərbaycanlı qadın hakimlərə UEFA-dan növbəti təyinat
Azərbaycan millisi FİFA reytinqində irəlilədi
AFFA təcavüzkar davranan anqolalını cəzalandırdı
Maqomed Adiyev istefaya göndərildi
AFFA bu komandaları yarışlardan kənarlaşdırdı
Qattuzonun gələcəyi ilə bağlı açıqlama: Qovulacaq, ya yox?
AFFA "Kəpəz"i 6500 manat cərimələdi
Hər şeyə qulp qoymaq şakərimiz...
İraqda milli komandaya görə 2 gün iş olmayacaq
Ançelotti Modriçə: "Sənin braziliyalı baban var?"
Vaqif Cavadov Azərbaycan millisinə məşqçi təyin olundu
"Oyunçularıma dedim ki, gedin və əylənin"
Qattuzo üzr istədi
Ronaldosuz Portuqaliya ABŞ-ı məğlub etdi
“Qələbəni tənqid ediriksə, məğlub olsaq, nə edərdik?”
Montelladan DÇ-2026 açıqlaması
Braziliya Xorvatiyaya qalib gəldi
Messi onlara da qol vurdu - 902 oldu
Tarixin ən uğursuz İtaliya millisi