"Nant"a "Qarabağ"la oyundakı hadisələrə görə verilən cəzada dəyişiklik edildi

"Nant"a "Qarabağ"la oyundakı hadisələrə görə verilən cəzada dəyişiklik edildi
XƏBƏR 29 Noyabr 2022 / 12:04 2888
-  A +

UEFA-nın İntizam Komitəsi Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Qarabağ"la ev oyununda baş verənlərə görə "Nant"a verdiyi cəzada dəyişiklik edib.

Qol.az xəbər verir ki, bu barədə Fransa klubunun rəsmi saytı məlumat yayıb.

"Nant" azarkeşləri görüşdə iğtişaşlar törətmişdi. Bundan sonra klub "Bojuar" stadionunda ictimai keçid yolları bağlandığı üçün 12 min avro, pirotexniki vasitələrdən istifadəyə görə 30 min avro məbləğində cərimələnib. Bundan başqa, UEFA İtaliya "Yuventus"una qarşı pley-off matçında tribunaların qismən bağlanmasına qərar verib.

Lakin "Nant"ın apellyasiya şikayətinə baxıldıqdan sonra cəzanın bir qismi ləğv olunub. Belə ki, tribunalar bağlanmayacaq, Liqa 1 təmsilçisi stadiona azarkeş qəbul edə biləcək. Amma "Nant" 50 min avro cərimə ödəməli olacaq. Eyni zamanda, sözügedən stadionun qismən bağlanması ilə bağlı kluba 2 il sınaq müddəti verilib.

Qeyd edək ki, "Nant" sözügedən matçda "Qarabağ"a 2:1 hesabı ilə qalib gəlib. Bu komandalar arasında Bakıdakı ilk oyunda isə Ağdam təmsilçisi 3:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, "Nant"la "Yuventus" arasında ilk oyun fevralın 17-si İtaliyada, cavab görüşü isə fevralın 23-ü Fransada olacaq.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner