İranlı futbolçuların ailə üzvləri hədələnirlər

İranlı futbolçuların ailə üzvləri hədələnirlər
XƏBƏR 29 Noyabr 2022 / 11:18 2957
-  A +

İran millisinin futbolçuların yaxınları DÇ-2022-nin 3-cü turunda ABŞ-la matç öncəsi hakimiyyət tərəfindən təzyiqlərlə üzləşib.

Qol.az CNN-ə istinadən xəbər verir ki, millinin oyunçular özlərini düzgün aparmayacaqları təqdirdə, ailə üzvləri, qohumları həbs və işgəncə ilə hədələnirlər.

İslam İnqilabı Keşikçiləri Korpusunun onlarla zabiti milli komandanın oyunçularını izləyir. Futbolçulara milli komandanın olduğu yerdən çıxmaq və əcnəbilərlə görüşmək qadağandır. Futbolçular bu qaydaları pozarlarsa, onların yaxınları həbs oluna və işgəncə görə bilər.

Qeyd edək ki, İran - ABŞ matçı bu gün keçiriləcək. B qrupuna 4 xalla İngiltərə başçılıq edir. İran 3 xalla 2-ci, ABŞ isə 2 xalla 3-cüdür. Uels 1 xalla sonuncudur.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner