Krivotsyuk oynadı, komandası qalib gəldi

Krivotsyuk oynadı, komandası qalib gəldi
XƏBƏR 25 Noyabr 2022 / 21:25 2290
-  A +

Azərbaycan millisinin üzvü Anton Krivotsyukun da formasını geyindiyi Polşa "Visla"sı yoxlama oyununda qüvvəsini sınayıb.

Qol.az xəbər verir ki, plotsk təmsilçisi Slovakiya toplanışı çərçivəsində yerli "Jeleziarne" ilə qarşılaşıb. Matç polyakların 3:1 hesablı qələbəsiylə başa çatıb.

Anton Krivotsyuk da bu görüşün iştirakçısı olub. 24 yaşlı müdafiəçi qarşılaşmaya start heyətdə başlayıb və 74-cü dəqiqədə əvəzlənib.


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner