Yeni stadionda ilk oyun Azərbaycan millisinə qarşı olacaq

Yeni stadionda ilk oyun Azərbaycan millisinə qarşı olacaq
XƏBƏR 24 Noyabr 2022 / 11:05 7017
-  A +

Avstriyanın Avro-2024-ün seçmə mərhələsində Azərbaycan və Estoniya yığmalarına qarşı keçirəcəyi ilk iki oyunun yeri müəyyənləşib.

Qol.az "Tips"ə istinadən xəbər verir ki, hər iki qarşılaşma 2023-cü il fevralın 24-də açılacaq Linz şəhərindəki yeni "Raiffeisen Arena" stadionunda keçiriləcək. Arena 17 min nəfərdən bir qədər çox tamaşaçı tutumuna malik olacaq.

Avstriya- Azərbaycan oyunu 2023-cü il martın 24-də keçiriləcək. Avstriya - Estoniya görüşü isə martın 27-də oynanılacaq.

Qeyd edək ki, Avstriya millisi Linz şəhərində son rəsmi oyununu 1981-ci ildə keçirib.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner