"İlk hissədə çoxlu qol imkanlarını əldən verdik. Yaponiya bizi effektivlik baxımından məğlub etdi və daha bir qol vurdu. Etdiyimiz fərdi səhvlər baş verməməli idi. Yaponiyanın müdafiədən hücuma sürətlə keçdiyini bilirdik və bu gün onlar bunu etdilər".
Qol.az xəbər verir ki, bu sözləri Almaniya millisinin baş məşqçisi Hans-Diter Flik DÇ-2022-nin qrup mərhələsinin 1-ci turunda Yaponiyaya 1:2 hesabı ilə uduzduqları oyundan sonra deyib.
O, əvəzetmələrin komandanın ritmini pozub-pozmadığı ilə bağlı sualı belə cavablandırıb: “Biz sadəcə yeni enerji əlavə etmək istəyirdik. Tomas Müller bir müddətdir oynamır. Fərdi səhvlərə yol verməməliydik, amma etdik. Buna görə də uduzduq”.
Mütəxəssis daha irəliyə baxmalı olduqlarını vurğulayıb: "Bunu edəcəyik. Qarşıda 6 xal qazana biləcəyimiz 2 oyun var. Biz qalib gəlmək istəyirik. Bunun üçün çalışacağıq".
Çalhanoğlu geri dönür
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı