PSJ-nin bir hissəsini satmaq istəyirlər

PSJ-nin bir hissəsini satmaq istəyirlər
XƏBƏR 21 Noyabr 2022 / 17:55 1609
-  A +

PSJ-nin səhmlərinin bir hissələri yaxında satıla bilər.

Qol.az xəbər verir ki, bu barədə klubun prezidenti Nasser Əl-Xəlaifi "TalkSport"a müsahibəsində danışıb. O, klubu ümumilikdə satmağı düşünmədiklərini, lakin səhmlərin kiçik bir hissəsinin satılmasının mümkün olduğunu deyib:

"Biz bu kluba 70 milyon avro sərmayə qoymuşuq. Amma indi PSJ-nin dəyəri 4 milyard avrodur. Ancaq klubu bütöv satmayacağıq. Kiçik bir hissənin satışı niyə olmasın? Fərqli təkliflər haqqında düşünürük. Klubu ümumilikdə satmayacağıq. Amma təklifləri dəyərləndirməyi düşünürük".

Qeyd edək ki, daha əvvəl "L`Equipe"nin yazdığı xəbərdə ABŞ-dan olan bir iş adamının PSJ-nin 15 faizini almağa hazırlaşdığı bildirilmişdi.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner