"Sabah"ın futbolçusu millidə debüt etdi

"Sabah"ın futbolçusu millidə debüt etdi
XƏBƏR 21 Noyabr 2022 / 00:05 3172
-  A +

 “Sabah”ın futbolçularından Aleksey İsayev, Bəxtiyar Həsənalızadə, Elvin Camalov və Ceyhun Nuriyev millimizin Şimali Makedoniyaya qarşı yoxlama oyununda (3:1) şans qazanıb. 

Qol.az klubun saytına istinadən xəbər verir ki, Aleksey və Bəxtiyar start heyətində meydana çıxıb. İsayev görüşün 59-cu dəqiqəsində Elvin Camalovla əvəzlənib, Bəxtiyar sonadək meydanda olub. Ceyhun isə matçın 68-ci dəqiqəsində oyuna daxil olaraq, yığmada debüt edib.

"Sabah"ın Azərbaycan millisindəki digər təmsilçiləri – Amin Seydiyev, Anatoli Nuriyev və Namik Ələskərov bu qarşılaşmada ehtiyat oyunçular skamyasında yer alıblar.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner