Levandovskidən 3 oyunluq cəzaya münasibət

Levandovskidən 3 oyunluq cəzaya münasibət
XƏBƏR 19 Noyabr 2022 / 12:28 1654
-  A +

"Barselona"nın futboçusu Robert Levandovski La Liqada 3 oyunluq cəzalandırılması haqda danışıb.

Qol.az xəbər verir ki, 34 yaşlı hücumçu deyib:

“Bu cəza mənim üçün çox uzundur. Bu jest hakimə yox, ehtiyat oyunçular skamyasına yönəlib. Ümid edirəm ki, müraciət təmin olunacaq”.

Xatırladaq ki, polşalı forvard  La Liqanın 14-cü turunda "Osasuna" ilə görüşdə (1:2) ikinci sarı vərəqə alaraq oyunun 31-ci dəqiqəsində meydanı tərk edib. O, paltardəyişmə otağına gedərkən hakimlərə qeyri-etik jest edib.

Beləliklə, Levandovski La Liqada "Espanyol", "Atletiko" və "Betis"lə matçları buraxacaq.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner