Pikenin forması muzeyə qoyuldu

Pikenin forması muzeyə qoyuldu
XƏBƏR 19 Noyabr 2022 / 01:05 1475
-  A +

Bir neçə gün əvvəl "Barselona"dan ayrılaraq karyerasını başa vuran Jerar Pikenin vida matçında geyindiyi forması klubun muzeyinə yerləşdirilib.

Qol.az xəbər verir ki, 35 yaşlı sabiq müdafiəçi üçün "Kamp Nouda" keçirilən "Almeriya" ilə görüş (2:0) sonuncu olub. İspaniyalının geyindiyi forma isə buna görə Kataloniya təmsilçisinin muzaeyinə qoyulub. 

"Barselona"nın baş məşqçisi Joan Laporta isə məsələ ilə bağlı deyib:

“Bu, simvolik məqamdır. "Barselona" nişanının bir hissəsi, klubun  qəhrəmanlarından birinin köynəyini burada - muzeydə qoyub getməsi böyük şərəfdir”.

Pike isə qeyd edib ki, bu addıma görə xoşbəxtdir.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner