“Mançester Yunayted” qalmaqallı müsahibə ilə bağlı açıqlama yaydı

“Mançester Yunayted” qalmaqallı müsahibə ilə bağlı açıqlama yaydı
XƏBƏR 18 Noyabr 2022 / 16:26 3887
-  A +

"Mançester Yunayted" futbolçusu Kriştiano Ronaldonun qalmaqallı müsahibəsi ilə bağlı rəsmi açıqlama yayıb.

Qol.az xəbər verir ki, klub məsələ ilə əlaqədar müvafiq addımlar atdıqlarını bildirib: 

"Mançester Yunayted" rəhbərliyi Ronaldonun müsahibəsinə cavab olaraq bu səhər müvafiq addımlar atıb. Bu proses başa çatana qədər əlavə bi fikir bildirilməyəcək".

Ronaldo "Talk TV" kanalına müsahibəsində "Mançester Yunayted"in inkişaf etmədiyini deyib. Həmçinin o, ötən ilin yayında kluba transfer olunmazdan əvvəl "Mançester Siti"yə keçməyə yaxın olduğunu qeyd edib. 37 yaşlı hücumçu onu bu fikrindən "Mançester Yunayted"in sabiq baş məşqçisi Aleks Fergüssonun daşındırdığını bildirib.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner