Neymarın 5 favoriti

Neymarın 5 favoriti
XƏBƏR 18 Noyabr 2022 / 14:58 4381
-  A +

Braziliya millisinin üzvü Neymar DÇ-2022-də favorit hesab etdiyi komandaların adlarını açıqlayıb.

Qol.az xəbər verir ki, o, “The Telegraph”a müsahibəsində deyib: 

“Elə komandalar var ki, çoxu inanmasa da, onlar əla çıxış edirlər. Dünya çempionatı sürprizlərlə doludur. Məncə, favoritlər Argentina, Almaniya, İspaniya və Fransadır. Düşünürəm ki, bu dördlükdən biri Braziliya ilə birlikdə finala çıxa bilər”.

DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək. Braziliya millisi Serbiya, İsveçrə və Kamerunla eyni qrupda mübarizə aparacaq.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner