"Beşiktaş"da ayrılıq

"Beşiktaş"da ayrılıq
XƏBƏR 18 Noyabr 2022 / 12:28 2020
-  A +

"Beşiktaş" futbolçusu Tayler Boydla yollarını ayırıb.

Qol.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb. ABŞ millisinin üzvünün müqaviləsinin ləğv olunduğu göstərilib.

Qeyd edək ki, "Beşiktaş" Tayler Boydu 2019-ci ilin yayında " Vitoria Gimaraeş"dən transfer edib. 27 yaşlı vinger son iki mövsümü icarə əsasında "Sivasspor" və "Riszəspor"da keçirib. Boyd cari mövsümdə "Beşiktaş"ın heyətində 45 dəqiqə meydanda olub.


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner