"Liverpul"dan Firminoya yeni müqavilə təklifi

"Liverpul"dan Firminoya yeni müqavilə təklifi
XƏBƏR 17 Noyabr 2022 / 17:58 1409
-  A +

"Liverpul" futbolçusu Roberto Firminoya yeni müqavilə təklif edib.

Qol.az xəbər verir ki, bu barədə goal.com məlumat yayıb. Klub rəhbərliyinin braziliyalıya 2+1 illik sözləşmə təklif etdiyi bildirilib. Onun hazırkı müqaviləsi isə 2023-cü ilin yayına qədərdir. Hücumçunun özü də Yurgen Kloppun komandasında qalmaq istəyir.

Qeyd edək ki, Firmino bu mövsüm 2mersisaydlılar"ın heyətində bütün yarışlarda 20 oyunda 8 qol və 4 qol ötürməsi ilə yadda qalıb. 


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner