İyulun 24-də "Feyenoord" azarkeşlərinin "Lion"la yoxlama oyunundan sonra yaratdığı qalmaqalın təfərrüatları məlum olub.
Qol.az yerli mətbuata istinadən xəbər verir ki, "Lion"un 2:0 hesabı ilə qalib gəldiyi görüşdə "Feyenoord"un 7 azarkeşi klubun digər bir fanatını döyüb. Buna səbəb isə həmin oğlanın oyuna başqa bir klubun - "Qroninqen"in loqosu olan şalvar geyinməsidir.
Matçın start fitindən yarım saat sonra 7 nəfər şəxs bu 21 yaşlı oğlana yaxınlaşıblar. Onlar oğlanı təhqir ediblər və döyüblər. Nəticədə sözügedən şəxs tribunaların arasında yıxılıb. Həmin 7 nəfərdən biri isə zərərçəkənin şalvarını çıxarıb. Daha sonra stadionun çıxışında da təhqir və qalmaqal davam edib. Oğlan isə polisə hadisə barədə məlumat verib və araşdırma aparılıb.
23-29 yaşlarında olan 7 şübhəlinin şəxsiyyəti müəyyən edilib. Onların hamısı nəzarət altına götürülüblər və izahatları alınıb. İstintaqın sonunda kimin hakim qarşısına çıxacağına prokuror qərar verəcək.
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır
FİFA-nı sülh mükafatını ləğv etməyə çağırdı
"Qalatasaray"ın hücumçusunu polisə şikayət etdilər
“Xankəndi” - “Qaradağ Lökbatan” matçından - Video
"Barselona" yenidən "Kamp Nou"nu tərk etməli olacaq
Rəhim Həsənov hakim qərarlarını təsdiqlədi - Video
"Liverpul"un hədəfinə tuş gəldi
Prezident yarımfinal matçının hesabını proqnozlaşdırdı
2-ci liqa: Liderlər heç-heçəyə razılaşdı
"Real"ın gənc oyunçusu Bundesliqa yolunda
“Atletiko” ona 120 milyon avro qiymət qoydu
10 illik dövrün sonu: "Mançester Siti"dən gedir