"Azərbaycan millisi keyfiyyətli rəqibdir"

"Azərbaycan millisi keyfiyyətli rəqibdir"
XƏBƏR 17 Noyabr 2022 / 11:45 3222
-  A +

Şimali Makedoniya millisinin baş məşqçisi Blaqoya Milevski Azərbaycan yığması ilə keçirəcəkləri yoxlama oyunu barədə danışıb.

Qol.az xəbər verir ki, 51 yaşlı mütəxəssis millimizin keyfiyyətli komanda olduğunu vurğulayıb:

"Millətlər Liqasındakı matçlar arxada qaldı, indi Finlandiya və Azərbaycanla yoxlama oyunlarımız var. Bu matçlar bizim üçün martda keçiriləcək seçmə oyunların məşqidir. Qarşıda bizi gözləyən hər şey üçün müxtəlif variantlar sınayacağıq. Ona görə də təkid edirəm ki, keyfiyyətli rəqiblərimiz var. Finlandiya super komandadır, püşkatmada ikinci səbətdədir. Qrup mərhələsindəki çətinliklərdən bizə istiqamət  verəcək. Keyfiyyətli qrup və keyfiyyətli rəqiblərlə matçlara ehtiyacımız var".

Qeyd edək ki, Şimali Makedoniya - Azərbaycan oyunu noyabrın 20-də keçiriləcək.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner