Türkiyə Avro-2028 və Avro-2032-yə ev sahibliyi üçün namizəd oldu

Türkiyə Avro-2028 və Avro-2032-yə ev sahibliyi üçün namizəd oldu
XƏBƏR 17 Noyabr 2022 / 10:57 1715
-  A +

Türkiyə 2028-ci il və 2032-ci ildə keçiriləcək Avropa çempionatlarına namizədliyini irəli sürüb.

Qol.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Qardaş ölkə artıq Avropanın ali futbol qurumuna namizədlik sənədi göndərib.

Həmçinin namizəd ölkələr arasında İngiltərə, Şimali İrlandiya, İrlandiya Respublikası, Şotlandiya və Uels də var. 

Avro-2028 və Avro-2032-yə ev sahibliyi etmək istəyən ölkələrin namizədlik sənədi göndərməsi üçün son tarix 2023-cü il 12 aprel olaraq müəyyənləşdirilib. Çempionatlara ev sahibliyi edəcək ölkələrin adları isə gələn ilin payızında açıqlanacaq.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner