"Azərbaycan layiqli qələbə qazandı" - Sergey Kleşenko

"Azərbaycan layiqli qələbə qazandı"  - Sergey Kleşenko
XƏBƏR 17 Noyabr 2022 / 10:15 4237
-  A +

"Birinci hissədə oyunumuz alınmadı. Daim gecikirdik və  top uğrunda mübarizələrdə uduzurduq. İkinci hissədə oyun həm qarşılıqlı anlaşma, həm də dinamika baxımından bir qədər dəyişdi. İkinci hissədən daha çox razıyıq, amma oyun iki hissədir. Təəssüf ki, Azərbaycan millisi bu matçda qalib gəldi. Məncə, onlar qələbəyə layiq idilər".

Qol.az xəbər verir ki, bu sözləri Moldova millisinin baş məşqçisi Sergey Kleşenko millimizə 1:2 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

"Bu gün heyətdə çoxlu gənc futbolçu vardı. Onlar üçün hələ çətindir. Çünki gənc olmaqla yanaşı, klublarında az oynayırlarr. Bu yaşda daimi oynamadınsa, çətinliklər olur. Amma biz vəziyyətin düzələcəyinə, onların klublarında daha çox forma şansı əldə edəcəyinə ümid bəsləyirik. Bu, bütün futbolçularımıza aiddir. Təbii ki, oyunumuzu daha da yaxşılaşdırmalıyıq. Bu oyunçulara şans verməyə davam edəcəyik. Amma təcrübəli oyunçulara da ehtiyac var. Nə qədər riskli olsa da, gələcək naminə gənc futbolçulara üstünlük vermək məcburiyyətindəyik. Çünki qarşıda bizi daha ciddi və rəsmi oyunlar gözləyir" - deyə o bildirib.

S.Kleşenko Azərbaycan millisinin də əvəzetmələr etdiyini xatırladıb: "Meydana özlərini göstərməli olan gənc futbolçular buraxıldı. Gənc oyunçularımın istəkli olması oyunumuzun daha da yaxşılaşmasına səbəb oldu”.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner