“Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldo İngiltərə Premyer Liqasının 13-cü turunun "Çelsi" ilə matçı üçün heyətdən kənarlaşdırılmasına münasibətini bildirib.
Portuqaliyalı futbolçu ilə bağlı belə bir qərarın verilməsinə onun, klubunun fikrincə, intizamsız davranışı səbəb olub. Ronaldo Premyer Liqanın 12-ci turunun "Tottenhem"lə keçirilən görüşün 89-cu dəqiqəsində stadionu tərk edib. Onun həmin oyunun gedişindən meydana daxil olmaqdan imtina etməsi ilə bağlı xəbərlər də yayılıb.
Qol.az xəbər verir ki, Ronaldo sosial şəbəkə hesablarında açıqlama yayaraq bildirib: “Karyeram boyu həmişə etdiyim kimi, həmkarlarıma, rəqiblərimə və məşqçilərimə hörmətlə yanaşmağa və oynamağa çalışıram. Bu yanaşmam dəyişməyib. Mən dəyişməmişəm. Mən son 20 ildə futbolu ən yüksək səviyyədə oynadığım eyni insan və eyni peşəkaram. Mənim qərarvermə prosesində hörmət həmişə çox mühüm rol oynayıb.
Həmçinin oxuyun: "Mançester Yunayted" Ronaldonu heyətdən kənarlaşdırdı
Peşəkar futbola çox gənc yaşımda başlamışam. Yaşlı və təcrübəli oyunçuların nümunələri mənim üçün həmişə çox önəmli olub. Ona görə də özüm də oynadığım bütün komandalarda gənclərə həmişə nümunə olmağa çalışmışam. Təəssüf ki, bu, həmişə mümkün olmur və bəzən ehtiraslar bizə üstün gəlir.
Hazırda mən hiss edirəm ki, çox çalışmağı davam etdirməli, komanda yoldaşlarımı dəstəkləməli və istənilən oyunda hazır olmalıyam. Təzyiqlərə boyun əymək çıxış yolu deyil. Bu, heç vaxt baş verməyəcək. Bu, “Mançester Yunayted”dir və biz dözməliyik. Tezliklə yenidən birlikdə olacağıq”.
“Yuventus”a qayıda bilər
AFFA klubları cərimələdi
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı
Dambrauskas bölgələrimizə heyran qaldı - Şəkillər
"Azərbaycandan mənə heç vaxt təklif gəlməyib"
Yığmamızın matçının hakimləri bilindi
“Qarabağ”dan rəsmi fanşopla bağlı yenilik
Yeni klubu ilə müqavilə bağlamaq üçün Bakıya gəldi
"Barselona" rəhbərliyi Flikə qəzəbləndi
Ehtiram Quliyev “Turan Tovuz”dan gedirmi? - Özü açıqladı