Ötən gün Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Viktoriya" (Plzen, Çexiya) ilə matç "Bavariya"nın futbolçusu Pol Uanner üçün əlamətdar olub.
Qol.az Münhen təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, o, görüşün 70-ci dəqiqəsində Dayo Upamekanonun əvəzinə meydana daxil olub. Nəticədə avstriyalı futbolçu "Bavariya"nın heyətində Çempionlar Liqasında debüt edib. Bununla da 16 yaş 294 günlüyündə olan yarımmüdafiəçi "Bavariya"nın ÇL-də oynayan ən gənc futbolçusu adını qazanıb.
Qeyd edək ki, "Bavariya" ötən gün "Viktoriya"ya 4:2 hesabı ilə qalib gəlib. Bu qələbədən sonra Münhen təmsilçisi xallarının sayını 12-yə çatdırıb və C qrupunda liderliyini qoruyub.
Keyn sıradan çıxdı
"Çelsi"dən antirekord
Qattuzo üzr istədi
Pike "Barselona" prezidentliyinə namizəd olacaq?
“Heç-heçə ədalətli nəticədir” - Rəşad Eyyubov
Türkiyə - Kosovo matçının heyətləri açıqlandı
"Qalatasaray"lı futbolçu "Milan"ın hədəfində
Marko Yankoviçin yığması uduzdu
Azərbaycan millisi Bolqarıstanla heç-heçəyə razılaşdı
“Nyukasl” sanksiyalarla üzləşə bilər
Klub borcları ödəmədi, transfer qadağası ilə üzləşdi
"Tottenhem" yeni baş məşqçisini açıqladı