"Saatlarımı ver, çantalarını götür" - Totti

"Saatlarımı ver, çantalarını götür" - Totti
XƏBƏR 13 Oktyabr 2022 / 16:48 5132
-  A +

 "Roma"nın əfsanəvi futbolçusu Françesko Totti ayrıldığı 20 illik keçmiş həyat yoldaşı İlari Blasinin onun "Rolex" saatlarını götürməkdə günahlandırıb.

Qol.az "Corriere della Sera"ya istinadən xəbər verir ki, sabiq oyunçu da Blasinin çantalarını özündə saxlayıb. O, saatları ilə çantaları dəyişmək üçün bu addımı atdığını bildirib: "Nə edə bilərdim? Dəyişdirəcəyimiz ümid edərək onun çantalarını özümdə saxlamışam".

Qeyd edək ki, Totti ilə İlarinin sabahkı məhkəməsi öncəsi Blasi "İnstaqram" səhifəsində "Rolex" mağazasının qarşısında kameraya göz qırpdığını göstərən video yerləşdirmişdi. Bu paylaşımdan sonra əsəbiləşən Totti keçmiş həyat yoldaşının çantalarını götürmüşdü.

Xatırladaq ki, Blasi Tottiyə xəyanət etdiyi üçün cütlük boşanıb.


Son xəbərlər
topaz banner