Bu gün Avropa Liqasının qrup mərhələsində Bakıda "Qarabağ"la oyuna çıxacaq Yunanıstan "Olimpiakos"unun korporativ sosial məsələlər üzrə direktoru Nikos Qavalas öz İnstaqram hesabında paylaşım edib.
Qol.az xəbər verir ki, o, matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionundan şəklini izləyiciləri ilə bölüşüb. Direktor sözügedən arenaya adı verilən məşhur azərbaycanlı hakim Tofiq Bəhramov haqqında da geniş yazıb. Nikos stadiondakı fotosunu belə şərh edib:
"Abşeron yarımadasının cənub sahilində yerləşən Avropanın şərq paytaxtı, küləkli Bakı şəhərində "Qarabağ"ın ev oyularını keçirdiyi Tofiq Bəhramov adına Respublika Stadionu var. Stadiona adı verilən Bəhramov 1966-cı ildə Dünya Çempionatının finalında İngiltərənin Almaniyaya vurduğu, çox müzakirə olunan qolu qeydə alan azərbaycanlı hakimdir. Tofiq Bəhramov Azərbaycanın qəhrəmanı hesab edilir. Böyüklərin xatırlaması, balacaların da öyrənməsi üçün qeyd edirəm ki, bu, 1966-cı il iyulun 30-da keçirilən 101 dəqiqəlik tarixi görüş idi. Ceff Herstin zərbəsi zamanı top qapı dirəyinə dəyir, sonra Hans Tilkovskinin qoruduğu qapı xəttinə toxunur. Matçın isveçrəli baş hakimi Qodfrid Denst topun xətti keçdiyini görə bilmir. Tofiq Bəhramov isə meydana inamla daxil olur. İngiltərə əlavə olunmuş vaxtda 3:2 hesabı ilə önə keçir. Sonra İngiltərə yeganə dünya çempionluğunu qazanır. Onilliklər sonra, 2004-cü ildə İngilislər öz qəhrəmanlarının şərəfinə Azərbaycan - İngiltərə matçından əvvəl Tofiq Bəhramov abidəsinin açılışında iştirak ediblər! Bəhramov İkinci Dünya Müharibəsində almanlara qarşı vuruşub. Bu da belə bi mif yaradıb ki, Bəhramov ölmədən bir müddət əvvəl oğlu ona İngiltərənin qolunu niyə qeydə aldığını soruşub və o, belə cavab verib: “Stalinqrad!"
Qeyd edək ki, 1966-cı ildə keçirilmiş dünya çempionatının finalında İngiltərə Almaniyanı əsas vaxtı 2:2 hesabı ilə başa çatan oyunun əlavə vaxtında 4:2 hesabı ilə məğlub edib. Həmin görüşdə yan xətt hakimi azərbaycanlı Tofiq Bəhramov olub. Onun qərarından sonra İngiltərə yığması əlavə vaxtda 3:2 hesabı ilə önə keçib. Bəhramov topun qapı xəttini keçdiyini bildirib.
Əlavə edək ki, bu gün keçiriləcək "Qarabağ" - "Olimpiakos" görüşü saat 20:45-də başlayacaq.
PSJ-dən Markinyos qərarı
Cəzalı olsa da, millinin toplanışını yarımçıq qoymadı
İlin ən yaxşı klubuna namizədlər bilindi
Bellinqemin “Real”dan tələbləri var
Qvardiolanı ABŞ millisinə dəvət etdi
“Qarabağ” Qazaxıstan klubu ilə qarşılaşdı
Premyer Liqada hakimlər 6 səhv qərar verdi
“Arsenal” onların müqaviləsini yeniləyir
“Mançester Yunayted” FİFA-ya şikayət etməyə hazırlaşır
Kompani yenidən iş başında
“Qalatasaray” azarkeşlərə təzminat ödəyə bilər
DÇ-2030-da məcburi su fasilələri olacaq?
2-ci liqada 11 oyunun saatı açıqlandı
Azərbaycan cüdoçularının DÇ-dəki ilk rəqibləri məlum oldu
Azərbaycan millisi FİFA reytinqində 3 pillə irəlilədi
Onana "Aston Villa"da qalacaq
"Real" Arda Gülerlə müqaviləni uzatdı - Rəsmi
Xuan Mata karyerasını başa vurdu
“Qarabağ” və “Zirə”nin futbolçuları qələbədə iştirak etdilər
İsa Sülimanın komandası Hindistana məğlub oldu
"Real"dan gedəcək?
Harri Keyn Millətlər Liqasının bombardiri oldu
“Qarabağ”ın qapıçısı oynadı, komandası qalib gəldi
"Zirə"nin futbolçusu millidə zədələndi
Argentinadan 7:0-lıq qələbə
16 yaşlı futbolçu “Mançester Yunayted”dən ayrıldı
Messidən sərt tələb
“Qarabağ”ın futbolçusu millisinin qələbəsində iştirak etdi
Azərbaycan millisi püşkatmada 5-ci səbətdə - Avro-2028
Millətlər Liqasında 1/4 finala yüksələn 8 komanda
Millətlər Liqasında qrup mərhələsi yekunlaşdı
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı