İspaniyanın "Marca" nəşri ötən gecə "Atletiko"nun (Madrid) Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Brügge" (Belçika) ilə 0:0 hesablı heç-heçəsi ilə bağlı yazı hazırlayıb.
Qol.az xəbər verir ki, yazıda "Atletiko"nun "Brügge" ilə 2 oyunun heç birində qol vura bilmədiyi xüsusi qeyd olunub. Həmçinin məqalədə dünənki matç "Atletko"nun Çempionlar Liqasının 2017/18 mövsümündə qrup mərhələsində "Qarabağ"la görüşləri (0:0, 1:1) ilə də müqayisə olunub:
"Düzdür, "Atletiko"nun hələ evdə "Bayer"lə və səfərdə "Portu" ilə oyunları var. Komanda möcüzəyə ümid etməlidir. Lakin "Atletiko"nun Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"la oyunlardan xoşagəlməz xatirələri var".
Yazıda "Brügge"nin qapıçısı Simon Minyolenin oyunu da vurğulanıb. Hətta Məqaləyə"Minyole "Qarabağ" kabusunu unutdurdu" başlığı verilib.
Qeyd edək ki, "Atletiko" 3-cü turda "Brügge"yə 0:2 hesabı ilə uduzub, dünən isə 0:0 hesablı heç-heçə edib.
Keyn sıradan çıxdı
"Çelsi"dən antirekord
Qattuzo üzr istədi
Pike "Barselona" prezidentliyinə namizəd olacaq?
“Heç-heçə ədalətli nəticədir” - Rəşad Eyyubov
Türkiyə - Kosovo matçının heyətləri açıqlandı
"Qalatasaray"lı futbolçu "Milan"ın hədəfində
Marko Yankoviçin yığması uduzdu
Azərbaycan millisi Bolqarıstanla heç-heçəyə razılaşdı
“Nyukasl” sanksiyalarla üzləşə bilər
Klub borcları ödəmədi, transfer qadağası ilə üzləşdi
"Tottenhem" yeni baş məşqçisini açıqladı