ÇL-də ilk dəfə qrupdan çıxdılar - Hələ qol buraxmayıblar

ÇL-də ilk dəfə qrupdan çıxdılar - Hələ qol buraxmayıblar
XƏBƏR 13 Oktyabr 2022 / 09:49 5973
-  A +

Çempionlar Liqasının B qrupunda "Atletiko" (Madrid), "Bayer" (Leverkuzen), "Portu" (Portuqaliya) ilə mübarizə aparan Belçika "Brügge"si sona 2 tur qalmış pley-offa vəsiqəni təmin edib.

Qol.az xəbər verir ki, komanda ötən gün Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Atletiko" ilə səfərdə heç-heçə (0:0) edib. Nəticədə "Brügge" xallarının sayını 10-a çatdırıb və vaxtından əvvəl pley-off-a vəsiqəni təmin edib. Belçika klubu tarixində ilk dəfə ÇL-də qrupdan çıxmağı bacarıb.

Həmçinin "Brügge" bu mövsüm turnirdə qapısında hələ qol görməyib. "Brügge" qrupdakı digər görüşlərində "Bayer"ə 1:0, "Portu"ya 4:0, "Atletiko"ya isə evdə 2:0 hesabı ilə qalib gəlib.

"Brügge" qol buraxmamaq göstəricisi üzrə Avropada 96 komanda arasında 2 komandadan biridir. Digəri isə Konfrans Liqasında mübarizə aparan "Başakşehir"dir.


Son xəbərlər
topaz banner