Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Qarabağ"la matçda "Olimpiakos"un qapısını Aleksandros Pasxalakis qoruyacaq.
Qol.az xəbər verir ki, bu barədə Yunanıstan klubunun baş məşqçisi Xose Miçel matç öncəsi keçirilən mətbuat konfransında bildirib.
33 yaşlı qolkiper bu görüşlə yeni klubunda rəsmi debüt edəcək. O, sonuncu dəfə PAOK forması ilə mayın 21-i keçirilən Yunanıstan kubokunun finalında "Panatinaikos"la matçda (0:1) oynayıb. O, vaxtdan indiyə kimi Yunanıstan millisinin üzvü yığmada da heç bir oyuna çıxmayıb. Beləliklə, A.Pasxalakis 145 gündən sonra yenidən matça çıxacaq.
Qeyd edək ki, bu gün keçiriləcək "Qarabağ" - "Olimpiakos" qarşılaşması saat 20:45-də başlayacaq.
Xatırladaq ki, A.Paskalakis bu ilin yayında azad agent kimi PAOK-dan ayrılıb. Onun sentyabrda Pirey təmsilçisinə keçidi rəsmiləşib.
Keyn sıradan çıxdı
"Çelsi"dən antirekord
Qattuzo üzr istədi
Pike "Barselona" prezidentliyinə namizəd olacaq?
“Heç-heçə ədalətli nəticədir” - Rəşad Eyyubov
Türkiyə - Kosovo matçının heyətləri açıqlandı
"Qalatasaray"lı futbolçu "Milan"ın hədəfində
Marko Yankoviçin yığması uduzdu
Azərbaycan millisi Bolqarıstanla heç-heçəyə razılaşdı
“Nyukasl” sanksiyalarla üzləşə bilər
Klub borcları ödəmədi, transfer qadağası ilə üzləşdi
"Tottenhem" yeni baş məşqçisini açıqladı