"İlk oyunla müqayisədə heyətdə dəyişiklik olacaq. Üç futbolçumuz zədəli idi. Sabah oynaya bilərlər. Biz ən yaxşısını ortaya çıxarmağa çalışırıq. Hələ kimin oynayacağını dəqiq bilmirəm, amma bugünkü məşqdən sonra dəqiqləşəcək".
Qol.az xəbər verir ki, bu sözləri Yunanıstan "Olimpiakos"unun baş məşqçisi Xose Miçel Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında deyib.
"Bizim üçün həlledici matçdır. Bunu paltardəyişmə otağında hiss etmək olur. Qələbə qazanmasaq, çətin olacaq" - deyə o bildirib.
Mütəxəssis "sabah akademiyanın oyunçularından kimlərsə meydana çıxacaq?" sualına belə cavab verib: "Mən həmişə bunu etməyə çalışmışam, son matçlarda da etmişəm. Lazım olarsa, onlardan istifadə edəcəyik".
X.Miçel ilk görüşdə 0:3 hesablı məğlubiyyətə layiq olmadıqlarını söyləyib: "Nəticə oyuna görə deyildi. İlk qoldan sonra özümüzü itirdik və hesab belə oldu".
Qeyd edək ki, sabah keçiriləcək "Qarabağ" - "Olimpiakos" qarşılaşması saat 20:45-də başlayacaq.
İtaliya millisində itki
"Braqa"nın yetirməsi "Əl-İttihad"da
“Real" yalnız bizə hörmət edirdi”
"Şamaxı"dan yeni transfer - Rəsmi
Millimiz İslandiyaya qalib gəldi
Portuqaliya prezidenti Jota və Koştanı ordenlə təltif etdi
"Neftçi"dən ayrılan müdafiəçi "Sumqayıt"da - Rəsmi
"Qvardiola dedi ki, heç kəs üçün asan olmayacaq"
Donnarumma “Mançester Siti”yə keçidindən danışdı
"Bayer" onu icarəyə verməyə razı oldu
"Barselona"da itki
"Atletiko"nun futbolçusu 4 həftə oynamayacaq
"Milan" onu satır
Qurban Qurbanov onun adını siyahıya niyə salmadı?
Tovuz şəhər stadionunun son durumu - Şəkillər
"Neftçi"nin futbolçusu cəzalandırıldı
AFFA bu klubları cərimələdi
Millimiz Reykyavikdə məşqə çıxdı - Şəkillər
İslandiya - Azərbaycan oyununun hakimləri açıqlandı
"İnter" rədd cavabı aldı