"Oyuna qisas üçün çıxacağıq" - "Olimpiakos"un futbolçusu

"Oyuna qisas üçün çıxacağıq" - "Olimpiakos"un futbolçusu
XƏBƏR 12 Oktyabr 2022 / 18:06 5226
-  A +

"Təəssüf ki, ilk matçda məğlub olduq. Öz meydanımızda uduzmağa öyrəşməmişik. Sabah qələbə qazanmaq üçün hər şeyi edəcəyik. Oyuna yaxşı hazırlaşmışıq".

Qol.az xəbər verir ki, bu sözləri Yunanıstan "Olimpiakos"unun futbolçusu Usseynu Ba Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda  Bakıda "Qarabağ"a qarşı oyunundan əvvəl mətbuat konfransında deyib.

 "İlk matçdan sonra baş məşqçi bizimlə danışdı. Sabah fərqli səviyyəli futbol göstərəcəyik, aqressiv oynayacağıq, yaxşı nəticə qazanmağa çalışacağıq" - deyə o bildirib.

U.Ba sabah fərqli atmosfer olacağını vurğulayıb: "Birinci oyunda uduzduğumuza görə məyusam. Sabah qalib gəlmək üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik. Qisas üçün meydana çıxacağıq. Böyük klub olduğumuzu sübut etməliyik.

 İlk matçda yeni oyunçularımız çox idi. Buna görə də komanda oyunu göstərə bilmədik. İndi vəziyyət fərqlidir. Sabah istədiyimizə nail olacağımıza inanıram".


Son xəbərlər
topaz banner