“Bakı Metropoliteni” QSC-nin “Gənclik” stansiyasında Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda “Qarabağ”ın “Olimpiakos”a qarşı keçirəcəyi oyunla əlaqədar iş rejimində dəyişikliklər ediləcək.
Qol.az qurumun saytına istinadən xəbər verir ki, xəbər verir ki, stansiyanın yaxınlığında yerləşən Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matça tamaşaçı marağı nəzərə alınaraq, sərnişinlərin təhlükəsiz və rahat daşınması üçün bir sıra tədbirlər görüləcək.
Əməliyyat planına uyğun olaraq, bu arenada təşkil edilən kütləvi tədbirlərlə əlaqədar stansiyada oyun ərəfəsində gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Nəzarət mexanizmləri gücləndirilməklə, stansiyaya əlavə işçi qüvvəsi ayrılacaq və növbətçilik cədvəli hazırlanacaq.
Ehtiyat tədbirlər “Nəriman Nərimanov” və “28 May” stansiyalarında da görüləcək. Zərurət yaranacağı təqdirdə, hazır vəziyyətdə saxlanılacaq ehtiyat qatarlar xəttə buraxılacaq.
Qeyd edək ki, oktyabrın 13-ü Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Olimpiakos" görüşü saat 20:45-də başlayacaq.
Keyn sıradan çıxdı
"Çelsi"dən antirekord
Qattuzo üzr istədi
Pike "Barselona" prezidentliyinə namizəd olacaq?
“Heç-heçə ədalətli nəticədir” - Rəşad Eyyubov
Türkiyə - Kosovo matçının heyətləri açıqlandı
"Qalatasaray"lı futbolçu "Milan"ın hədəfində
Marko Yankoviçin yığması uduzdu
Azərbaycan millisi Bolqarıstanla heç-heçəyə razılaşdı
“Nyukasl” sanksiyalarla üzləşə bilər
Klub borcları ödəmədi, transfer qadağası ilə üzləşdi
"Tottenhem" yeni baş məşqçisini açıqladı