"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo İngiltərə Futbol Assosasiyasının onu qaydaları pozmaqda, nalayiq və aqressiv davranışlarda günhalandırmasına görə etiraz edəcək.
Qol.az Britaiya mətbuatına istinadən xəbər verir ki, Ronaldo ötən mövsüm İngiltərə Premyer Liqasının 32-ci turunda "Everton"a 0:1 hesabı ilə uduzduqları matçdan sonra paltardəyişmə otağına gedən zaman azarkeşlərdən biri telefon tutduğu əlini ona uzadıb. 37 yaşlı oyunçu fanatın əlini itələyən vaxtı telefon yerə düşüb və sınıb. Ronaldo hadisəyə görə üzr istəyib və onu matça dəvət edib. Qarşı tərəf isə bunu qəbul etməyib.
Hadisədən sonra İngiltərə Futbbol Assosasiyası araşdırma aparıb. Qurum Ronaldonu aqressiv davranmaqda və qaydaları pozmaqda ittiham edib. "Qırmızı şeytanlar"ın baş məşqçisi Erik ten Haq isə açıqlamasında 37 yaşlı forvardın bu ittihamları qəbul etmədiyini bildirib: "Biz Ronaldo ilə danışdıq. O, bunları qəbul etmir".
Həmçinin BBC nəşri portuqaliyalı forvardın bu ittihamlara görə etiraz irəli sürəcəyini qeyd edib.
Keyn sıradan çıxdı
"Çelsi"dən antirekord
Qattuzo üzr istədi
Pike "Barselona" prezidentliyinə namizəd olacaq?
“Heç-heçə ədalətli nəticədir” - Rəşad Eyyubov
Türkiyə - Kosovo matçının heyətləri açıqlandı
"Qalatasaray"lı futbolçu "Milan"ın hədəfində
Marko Yankoviçin yığması uduzdu
Azərbaycan millisi Bolqarıstanla heç-heçəyə razılaşdı
“Nyukasl” sanksiyalarla üzləşə bilər
Klub borcları ödəmədi, transfer qadağası ilə üzləşdi
"Tottenhem" yeni baş məşqçisini açıqladı