Macarıstanın "Ferentsvaroş" klubunun futbolçusu Endre Botkanın bir fikri Azərbaycanda diqqət mərkəzinə düşmüş, bəzi azarkeşlərin isə narazılığına səbəb olmuşdu. 28 yaşlı futbolçu "Qarabağ"la Çempionlar Liqasınını üçüncü təsnifat mərhələsinin Bakıdakı ilk oyunundan (1:1) sonra belə bir fikir işlətmişdi:
"Bir tərəfdən, stadionda görünəcək və hiss ediləcək dərəcədə tüstü var idi. Məncə, bu, ətrafda çox gördüyümüz manqallardan başqa heç bir yerdən çıxa bilməzdi. Çox çətin şəraitdə oynadıq. Qəribədir, əvvəllər belə şey yaşamamışdım. İstilik o qədər də güclü deyildi, amma nədənsə, meydanda oksigen yox idi. Havasız idi. Komanda yoldaşlarım və mən bunu isinmə hərəkətlərinə getdikdən cəmi iki dəqiqə sonra suyun bizdən sel kimi axmasından sonra hiss etdik. Bunu bəhanə etmirəm, rəqib də bizimlə eyni şəraitdə oynadı. Sadəcə, onlar rütubətli havaya daha çox öyrəşiblər".
Botkonun stadionda kabab iyi gəlməsini söyləməsi hətta "Qarabağ"ın oyunçularının etirazı ilə qarşılanmışdı. Təsadüfi deyil ki, Budapeştdə Ağdam klubunun 3:1 hesablı qələbəsi ilə başa çatan cavab matçından sonra "Qarabağ"ın bəzi oyunçuları bu məsələni qabartmalı olmuşdular.
Endre Botka Macarıstan mətbuatına verdiyi son müsahibədə bu məsələyə bir daha aydınlıq gətirməyə çalışıb. Qol.az xəbər verir ki, o, "Nemzeti Sport" nəşrinə müsahibəsində jurnalistin bununla bağlı sualını cavablandırarkən deyib:
"Mən həmişə öz fikrimi olduğu kimi deyirəm. Bu zaman isə heç kimin xətrinə dəymək istəmirəm. Yaxşı ki, siz "Qarabağ"la oyunda meydanı tüstü bürüməsi ilə bağlı məsələni qaldırdınız. O vaxt çoxları məni doğru anlamamışdı. Sadəcə, ətrafdan qalxan tüstü meydana yayılmışdı. Bu isə bizə mane olurdu, nəfəs almaq ağır idi. Sonradan isə bir neçə nəfər dedi ki, bu, şəhərdə müşayiət olunan güclü duman da ola bilər. Belə ifadələr kortəbii şəkildə verilir. Mən izləyiciləri və oxucuları bezdirən şablon cavablar verməyi xoşlamıram. Danışanda çalışıram ki, heç kimin qəlbinə dəyməyim".
PSJ-dən Markinyos qərarı
Cəzalı olsa da, millinin toplanışını yarımçıq qoymadı
İlin ən yaxşı klubuna namizədlər bilindi
Bellinqemin “Real”dan tələbləri var
Qvardiolanı ABŞ millisinə dəvət etdi
“Qarabağ” Qazaxıstan klubu ilə qarşılaşdı
Premyer Liqada hakimlər 6 səhv qərar verdi
“Arsenal” onların müqaviləsini yeniləyir
“Mançester Yunayted” FİFA-ya şikayət etməyə hazırlaşır
Kompani yenidən iş başında
“Qalatasaray” azarkeşlərə təzminat ödəyə bilər
DÇ-2030-da məcburi su fasilələri olacaq?
2-ci liqada 11 oyunun saatı açıqlandı
Azərbaycan cüdoçularının DÇ-dəki ilk rəqibləri məlum oldu
Azərbaycan millisi FİFA reytinqində 3 pillə irəlilədi
Onana "Aston Villa"da qalacaq
"Real" Arda Gülerlə müqaviləni uzatdı - Rəsmi
Xuan Mata karyerasını başa vurdu
“Qarabağ” və “Zirə”nin futbolçuları qələbədə iştirak etdilər
İsa Sülimanın komandası Hindistana məğlub oldu
"Real"dan gedəcək?
Harri Keyn Millətlər Liqasının bombardiri oldu
“Qarabağ”ın qapıçısı oynadı, komandası qalib gəldi
"Zirə"nin futbolçusu millidə zədələndi
Argentinadan 7:0-lıq qələbə
16 yaşlı futbolçu “Mançester Yunayted”dən ayrıldı
Messidən sərt tələb
“Qarabağ”ın futbolçusu millisinin qələbəsində iştirak etdi
Azərbaycan millisi püşkatmada 5-ci səbətdə - Avro-2028
Millətlər Liqasında 1/4 finala yüksələn 8 komanda
Millətlər Liqasında qrup mərhələsi yekunlaşdı
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı