A seriyası klubu baş məşqçisini istefaya göndərdi

A seriyası klubu baş məşqçisini istefaya göndərdi
XƏBƏR 12 Oktyabr 2022 / 09:54 1937
-  A +

İtaliyanın “Verona” klubu baş məşqçi Qabriele Çoffi ilə yollarını ayırıb.

Qol.az xəbər verir ki, bu barədə A seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.

47 yaşlı mütəxəssisin istefasına komandanın bu mövsümdək uğursuz çıxışı səbəb olub. “Verona” hazərda A seriyasında cəmi 1 qələbə qazanıb və 5 xalla 20 iştirakçı arasında 18-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Qabriele Çoffi bu ilin yayından “Verona”nı çalışdırırdı. 


Son xəbərlər
topaz banner