"Dünya çempionatının seçmə mərhələsində asan oyun yoxdur. Yunanıstanla Afinadakı görüşün çətin keçəcəyini bilirdik. Çünki rəqibimiz ilk oyunda uduzmuşdu, bu dəfə isə doğma meydanda çıxış edirdi".
Qol.az xəbər verir ki, bunu Azərbaycan millisinin futzalçısı Conatas Felipe dünya çempionatının əsas seçmə mərhələsində səfərdə Yunanıstanı 7:0 hesabı ilə darmadağın etdikləri oyundan sonra Azərbaycan Futzal Federasiyasının saytına açıqlamasında deyib.
Qarşılaşamada sonuncu qolun müəllifi olan oyunçu yaxşı oynadıqlarını və nəticənin istədikləri kimi alındığını bildirib: "Amma 7:0 hesabı matçın heç də asan keçdiyi anlamına gəlməməlidir. Çünki rəqib təslim olmaq istəmirdi. Sona qədər mübarizə apardı".
Polşa ilə matçda komandasına kömək edə bilmədiyini xatırladan Felipe yoldaşlarını kənardan izləməyin çox çətin olduğunu söyləyib: "Polşa da qrupumuzda əsas rəqibimizdir. Kömək etməyi çox istəyirdim. Amma qırmızı vərəqə almağım bu görüşü buraxmağıma səbəb oldu. Ümumiyyətlə, çalışıram vərəqələrdən qaçım, amma buna hər dəfə nail olmaq mümkün olmur. Aqressiv oyunçuyam. Bu xarakterimdən irəli gəlir. Təbii ki, heç kim vərəqə alıb, cəzalı duruma düşməyi istəməz".
Keyn sıradan çıxdı
"Çelsi"dən antirekord
Qattuzo üzr istədi
Pike "Barselona" prezidentliyinə namizəd olacaq?
“Heç-heçə ədalətli nəticədir” - Rəşad Eyyubov
Türkiyə - Kosovo matçının heyətləri açıqlandı
"Qalatasaray"lı futbolçu "Milan"ın hədəfində
Marko Yankoviçin yığması uduzdu
Azərbaycan millisi Bolqarıstanla heç-heçəyə razılaşdı
“Nyukasl” sanksiyalarla üzləşə bilər
Klub borcları ödəmədi, transfer qadağası ilə üzləşdi
"Tottenhem" yeni baş məşqçisini açıqladı
Ronaldo onu razı salmağa çalışır
Millimizin Bolqarıstan ilə oyun üçün heyəti
İran Dünya çempionatında iştirak edəcək