UEFA "Frayburq"u "Qarabağ"la oyunda baş verənlərə görə cərimələdi

UEFA "Frayburq"u "Qarabağ"la oyunda baş verənlərə görə cərimələdi
XƏBƏR 11 Oktyabr 2022 / 21:16 6800
-  A +

UEFA "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Frayburq"u (Almaniya) cərimələyib.

Qol.az qurumun saytına istinadən xəbər verir ki, buna səbəb komandanın azarkeşlərinin 1-ci turda Ağdam təmsilçisi ilə, 2-ci turda isə "Olimpiakos"la (Yunanıstan) matçlardakı davranışları olub. Fanatlar sözügedən görüşlərdə pankartlar açıblar və pirotexniki vasitələrdən istifadə ediblər. UEFA-nın qərarına əsasən, "Frayburq" azarkeşləri pankartlarla təxribat xarakterli mesajlar veriblər. Ona görə də "Frayburq" "Qarabağ"la görüşdəki insident üçün 7 min, "Olimpiakos"la görüşdə baş verənlər üçün isə 11 min avro cərimələnib.

Qeyd edək ki, "Qarabağ" 1-ci turda "Frayburq"a 1:2 hesabı ilə uduzub. Bu komandalar arasında 6-cı tur oyunu isə noyabrın 3-ü Bakıda olacaq.


Son xəbərlər
topaz banner