"Olimpiakos" "Qarabağ"la oyun öncəsi komandaya müdafiəçi cəlb etdi

"Olimpiakos" "Qarabağ"la oyun öncəsi komandaya müdafiəçi cəlb etdi
XƏBƏR 11 Oktyabr 2022 / 18:26 2395
-  A +

"Olimpiakos" (Yunanıstan) Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Qarabağ"la matçdan öncə əsas komandasına yeni futbolçu cəlb edib.

Qol.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, B komandasında oynayan yaşlı müdafiəçi Aleksis Kalogeropulos əsas komanda ilə məşqlərdə iştirak edib. O, "Olimpiakos"un UEFA-ya göndərdiyi iştirak ərizəsinin B siyahısına daxil olunub. Lakin futbolçunun Ağdam təmsilçisi ilə görüşdə meydana çıxıb-çıxmayacağı hələlik məlum deyil.

Qeyd edək ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Olimpiakos" görüşü saat 20:45-də başlayacaq.


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner