"Messini "Barselona"ya qaytarmaq çətin olacaq" - İnyesta

"Messini "Barselona"ya qaytarmaq çətin olacaq" - İnyesta
XƏBƏR 11 Oktyabr 2022 / 16:04 2773
-  A +

"Barselona"nın keçmiş futbolçusu Andres İnyesta sabiq komanda yoldaşı Lionel Messinin Kataloniya klubuna mümkün qayıdışından danışıb.

Qol.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi "La Gazetta dello Sport"a açıqlamasında hazırda PSJ-də çıxış edən futbolçunu geri qaytarmağın çətin olacağını bildirib:

"Futbolda heç vaxt nəyisə dəqiq deyə bilməzsən. Amma Messini qaytarmaq çətin olacaq".

Qeyd edək ki, "Barselona"nın Messini 2023-cü ildə yenidən heyətinə cəlb etmək istədiyi, PSJ-nin isə argentinalı ilə müqaviləni artırmaq niyyətində olması haqda xəbərlər yayılıb.

Hazırda Yaponiyanın "Vissel Kobe" klubunda çıxış edən İnyesta 2002-2018, Messi isə 2003-2021-ci illərdə "Barselona"da oynayıb.


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner