De Rossi bu komandanı çalışdıracaq

De Rossi bu komandanı çalışdıracaq
XƏBƏR 11 Oktyabr 2022 / 13:10 2165
-  A +

İtaliya millisinin və "Roma"nın sabiq üzvü Daniele De Rossinin yeni iş yeri müəyyənləşib.

Qol.az "Football Italia"ya istinadən xəbər verir ki, o, B seriyasında çıxış edən SPAL-ı çalışdıracaq. Onunla 1.5 illik müqavilə imzalanacağı bildirilib. 

8 turdan sonra SPAL turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Qeyd edək ki, De Rossi iki ildir İtaliya millisində Roberto Mançininin köməkçisidir.


Son xəbərlər
topaz banner