“Olimpiakos” Vrsalkonu Bakıya gətirəcək?

“Olimpiakos” Vrsalkonu Bakıya gətirəcək?
XƏBƏR 11 Oktyabr 2022 / 12:18 3334
-  A +

"Olimpiakos"un müdafiəçisi Şime Vrsalko Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda Bakıda "Qarabağ"a qarşı oyunda iştirak edə bilər.

Qol.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, Xorvatiya millisinin üzvü Superliqanın son turunda OFİ-yə 2:1 hesabı ilə qalib gəldikləri oyunda xəstəlik səbəbindən buraxsa da, artıq komandaya qoşulub.

Qeyd edək ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Olimpiakos” oyunu saat 20:45-də başlayacaq. Komandalar arasında Yunanıstanda keçirilən görüş Ağdam klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner