Loran Blan bu klubun baş məşqçisi oldu

Loran Blan bu klubun baş məşqçisi oldu
XƏBƏR 11 Oktyabr 2022 / 00:42 3163
-  A +

Fransanın "Lion" klubunun baş məşqçisi Peter Bos istefaya göndərilib.

Qol.az xəbər verir ki, bu barədə Liqa 1 klubunun rəsmi saytı məlumat yayıb.

Niderlandlı mütəxəssisi Loran Blan əvəzləyib. Fransalı məşqçi ilə 2024-cü ilin yayına qədər müqavilə imzalanıb.

Blan son olaraq Qətərin “Əl-Rayyan” klubunu çalışdırıb. 56 yaşlı mütəxəssis əvvəllər “Bordo” və PSJ-də, həmçinin Fransa yığmasında da işləyib.


Son xəbərlər
topaz banner