“Komandada əhval-ruhiyyə yaxşıdır. Fikrimcə, Bakıda Polşa ilə matçda vacib qələbə qazandıq. Sadəcə, uşaqlarda yol yorğunluğu var. Bu gün görüşün keçiriləcəyi arenada ilk məsqimizi keçirdik".
Qol.az xəbər verir ki, bu sözləri futzal millimizin baş məşqçisi Joze Alesio Da Silva DÇ-2024-ün əsas mərhələsi çərçivəsində sabah Yunanıstanla oyuna öncəsi deyib
"Çox diqqətli olmalıyıq. Çünki oyun bizim qədər rəqib üçün də vacibdir. Məncə, bu duel Yunanıstan üçün növbəti mərhələyə yüksəlmək baxımından bəlkə də son şans olacaq. Ona görə onlar maksimum güc sərf edib, qələbə qazanmağa çalışacaqlar. Onlar 3 xal qazansalar, qrupda hər kəsin xalı bərabər olacaq. Məğlub olsalar, çox cüzi şansları qalacaq. Oyuncularla söhbət etmişəm, qələbədən başqa nəticə haqda düşünmürük" - deyə o bildirib.
Joze Alesionun sözlərinə görə, heyətlə bağlı müəyyən dəyişiklik olacaq: "Felipinyonun cəzası başa çatıb və o, artıq meydana çıxa biləcək. Ancaq Fineo bu dəfə bizə kömək edə bilməyəcək. Onun zədəsi var. Bakıdakı matça həkimin köməyi ilə çıxmışdı, bu dəfə qərara gəldik ki, risk etməsin”.
Keyn sıradan çıxdı
"Çelsi"dən antirekord
Qattuzo üzr istədi
Pike "Barselona" prezidentliyinə namizəd olacaq?
“Heç-heçə ədalətli nəticədir” - Rəşad Eyyubov
Türkiyə - Kosovo matçının heyətləri açıqlandı
"Qalatasaray"lı futbolçu "Milan"ın hədəfində
Marko Yankoviçin yığması uduzdu
Azərbaycan millisi Bolqarıstanla heç-heçəyə razılaşdı
“Nyukasl” sanksiyalarla üzləşə bilər
Klub borcları ödəmədi, transfer qadağası ilə üzləşdi
"Tottenhem" yeni baş məşqçisini açıqladı
Ronaldo onu razı salmağa çalışır
Millimizin Bolqarıstan ilə oyun üçün heyəti
İran Dünya çempionatında iştirak edəcək