Marselodan "Qarabağ"la oyun öncəsi paylaşım

Marselodan "Qarabağ"la oyun öncəsi paylaşım
XƏBƏR 10 Oktyabr 2022 / 18:42 10982
-  A +

"Olimpiakos"un futbolçusu Marselo Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Qarabağ"la oyun öncəsi sosial şəbəkə hesablarında paylaşım edib.

Qol.az xəbər verir ki, o yazıb: "Özümü yaxşı və xoşbəxt hiss edirəm. Avropa Liqasında növbəti oyunumuzu düşünürəm. Vəziyyətdən asılı olmayaraq xoşbəxt olmaq lazımdır".

Xatırladaq ki, oktyabrın 13-ü keçiriləcək "Qarabağ" - "Olimpiakos" görüşü saat 20:45-də başlayacaq.

Qeyd edək ki, Marselo "Olimpiakos"da rəsmi debütünü Avroliqanın qrup mərhələsinin 3-cü turunda "Qarabağ"la matçda (0:3) edib.


Son xəbərlər
topaz banner