Estoniya millisinin baş məşqçisi Tomas Haberli Avro-2024-ün seçmə mərhələsinin püşkünü dəyərləndirib.
Qol.az xəbər verir ki, Estoniya millisi F qrupunda Azərbaycan, Avstriya, İsveç və Belçika ilə mübarizə aparacaq. Tomas Haberli isə Azərbaycan yığmasının Estoniya ilə bərabərsəviyyəli komanda olduğunu deyib:
"Ən əsası odur ki, 4-cü səbətdən Yunanıstan və Türkiyə bizim qrupa düşmədi. Mənim nəzərimdə bütün digər komandalar mükəmməl rəqiblərdir. Düşünürəm ki, Azərbaycan az-çox bizimlə eyni səviyyədə olan komandadır. İsveç, məsələn, Norveç kimi güclü rəqibdir. Avstriya yığmasının bir çox üzvü Almaniya Bundesliqasında oynayır. Şübhəsiz ki, onlar çətin rəqibdirlər. Biz Belçika millisini yaxşı tanıyırıq, çünki ötən il dünya çempionatının seçmə mərhələsi çərçivəsində qarşılaşmışdıq. Əlbəttə ki, onlar da çox güclü komandadırlar".
Qeyd edək ki, Avro-2024-ün seçmə mərhələsinə 2023-cü ilin martında start veriləcək.
Keyn sıradan çıxdı
"Çelsi"dən antirekord
Qattuzo üzr istədi
Pike "Barselona" prezidentliyinə namizəd olacaq?
“Heç-heçə ədalətli nəticədir” - Rəşad Eyyubov
Türkiyə - Kosovo matçının heyətləri açıqlandı
"Qalatasaray"lı futbolçu "Milan"ın hədəfində
Marko Yankoviçin yığması uduzdu
Azərbaycan millisi Bolqarıstanla heç-heçəyə razılaşdı
“Nyukasl” sanksiyalarla üzləşə bilər
Klub borcları ödəmədi, transfer qadağası ilə üzləşdi
"Tottenhem" yeni baş məşqçisini açıqladı
Ronaldo onu razı salmağa çalışır
Millimizin Bolqarıstan ilə oyun üçün heyəti
İran Dünya çempionatında iştirak edəcək